“Çelsi” azarkeşlərinə şad xəbər

19.11.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Çelsi”nin gənc ingilis yarımmüdafiəçisi Koul Palmer hazırkı zədə müddətindən sonra yenidən məşqlərə qoşulub.

İdman.Biz xəbər verir ki, Palmer məşqlərdə iştirak edir və gələcəkdə yükünü tədricən artırmağı planlaşdırır, təbii ki, zədə ilə bağlı heç bir “geri adım” olmasa.

O, açıqlamasında bildirib ki, hədəfi “Barselona”ya qarşı keçiriləcək Çempionlar Liqası matçında meydana çıxmaqdır.

Gənc oyunçu uzunmüddətli hazırlıq prosesini uğurla keçdiyini və komandasının əsas turnirində yer almağa tam hazır olduğunu söyləyib.

Qeyd edək ki, Koul Palmer “Çelsi”nin gələcəkdə əsas fiqurlarından biri kimi qiymətləndirilir və onun dönüşü klub üçün böyük əhəmiyyət kəsb edir.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью