futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniyalı qapıçı Mark-Andre ter Ştegen karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Çelsi” qolkiperin xidmətində maraqlıdır. Bu barədə “Goal” nəşri məlumat yayıb. Ştegen daha əvvəl “Qalatasaray” və “Monako”dan təklif alsa da, “yox” deyib.
Alman qapıçı “Barselona”da qalmaq istəyir. Klub isə qolkiperi satmaqdan yanadır.
33 yaşlı qolkiper 2014-cü ildən “Barselona”da çıxış edir. O, La Liqada 291 oyunda 256 qol buraxıb. Ştegen 129 matçda qapısını toxunulmaz saxlayıb.