“Çelsi” “Barselona”nın müdafiəçisini 55 milyon avroya istəyir

05.10.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İngiltərənin “Çelsi” futbol klubu “Barselona”nın müdafiəçisi Jül Kunde ilə maraqlanır.

İdman.Biz “El Desmarque”yə istinadən xəbər verir ki, London təmsilçisi 27 yaşlı fransalı futbolçunun transferini nəzərdən keçirir.

“Çelsi”də hesab edirlər ki, Kundenin “Barselona”da oyun vaxtının azalması onun transferinin mümkünlüyünü artıra bilər. Eyni zamanda, kataloniyalıların qış transfer pəncərəsində yeni futbolçularla müqavilə imzalamaq üçün heyətdən bir oyunçunu satmağa ehtiyac duya biləcəyi bildirilir.

Kunde cari mövsümdə “Barselona”nın heyətində bütün turnirlərdə beş oyuna çıxıb və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Fransalı müdafiəçinin Kataloniya klubu ilə müqaviləsi 2030-cu ilə qədər qüvvədədir. Onun transfer dəyəri isə 55 milyon avro (110 milyon manat) qiymətləndirilir.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью