“Çelsi” “Barselona”nın qapıçısını transfer etmək istəyir

29.10.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 29 oktyabr, AZƏRTAC

İngiltərənin “Çelsi” klubu İspaniyanın “Barselona” komandasının qapıçısı Mark-Andre ter Ştegenlə maraqlanır.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, London təmsilçisi almaniyalı qolkiperi qış transfer pəncərəsində transfer etmək istəyir.

33 yaşlı qapıçının komandadan ayrılmağa razı olduğu bildirilir. O, bu mövsüm “Barselona”da əsas heyətdə yer almadığı üçün başqa klubda çıxış etmək arzusundadır.

Qeyd edək ki, Mark-Andre ter Ştegen ötən mövsüm La Liqada Kataloniya təmsilçisinin heyətində 8 oyun keçirib və 2 matçda qapısını toxunulmaz saxlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью