Çelsi Benfika , Flamenqo Bavariya ilə qarşılaşacaq

25.06.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

ABŞ-də keçirilən 2025-ci il FIFA klubların dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, ilkin mərhələdə mübarizə hərəsində dörd iştirakçı olmaqla 8 qrupda gedir.

Bu gün Bakı vaxtilə səhər D qrupunda sonuncu qarşılaşmalar keçirilib.

"Çelsi" çətinlik çəkmədən "Esperans"a qalib gəlib (3:0), "Los Anceles" - "Flamenqo" oyunu isə son dəqiqələrdə vurulan iki qolla heç-heçə bitib (1:1).

Beləliklə, "Flamenqo" 7 xalla birinci, "Çelsi" isə 6 xalla ikinci olub.

1/8 finalda "Çelsi" "Benfika" ilə, "Flamenqo" isə "Bavariya" ilə qarşılaşacaq.

Bu gün F qrupunda da mübarizə başa çatacaq. Hesabında 4 xal olan "Borussiya Dortmund" xalsız autsayder "Ulsan"la qarşılaşacaq. "Mamelodi Sandauns" və "Fluminense" komandalarının görüşündə isə 1/8 finala vəsiqə uğrunda gərgin mübarizə gedəcək. Cənubi Afrika təmsilçisinin 3, Braziliya klubunun isə 4 xalı var.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью