Çelsi Benfika nı əlavə vaxtda yenib 1/4 ə yüksəldi

29.06.2025

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-də təşkil olunan klublararası dünya çempionatında 1/8 finalın daha bir oyunu baş tutub. 

Fanat.Az xəbər verir ki, 1/4-ə vəsiqə uğrunda dueldə İngiltərənin “Çelsi” və Portuqaliyanın “Benfika” komandaları üz-üzə gəliblər. 

Oyunda hesabı 64-cü dəqiqədə “Çelsi”li Ris Ceyms açıb. 86-cı dəqiqədə matç əlverişsiz hava şəraitinə görə dayandırılıb. 

Bir müddətlik fasilədən sonra bərpa olunan oyunda Canluka Prestianni meydandan qovulduğundan, "Benfika" 92-ci dəqiqədən etibarən azlıqda qalıb. Bununla belə, Portuqaliya nəhəngi 90+5-ci dəqiqədə hesabı bərabərləşdirib. Anxel Di Mariya penaltini qola çevirib - 1:1.

Əlavə vaxtda London klubu üç qol vuraraq, qalib gəlib. 108-ci dəqiqədə Kristofer Nkunku, 114-də Pedro Neto və 117-də Kirman Dyusberi-Holl fərqlənib. 

“Çelsi” 1/4 finalda Braziliyanın “Palmeyras” komandası ilə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью