futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Çelsi” “Brayton”un təcrübəli hücumçusu Denni Velbeki transfer etmək istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
35 yaşlı ingilis forvardla London təmsilçisinin yeni baş məşqçisi Xabi Alonso şəxsən maraqlanır. Tərəflərin bu keçidə müsbət yanaşdığı, lakin rəsmi danışıqların hələ başlamadığı bildirilir.
“Mançester Yunayted”, “Arsenal” və İngiltərə millisinin keçmiş hücumçusu 2025/26 mövsümündə “Brayton”un heyətində Premyer Liqada çıxış etdiyi 37 matçda 13 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.