Çelsi Caka ilə razılığa gəldi

28.06.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərənin "Çelsi" klubu "Sanderlend"ın təcrübəli yarımmüdafiəçisi Qranit Caka ilə şəxsi müqavilənin şərtləri barədə tam razılıq əldə edib.

"Ölkə.az" xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti və insayder Fabrisio Romano rəsmi sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilib ki, isveçrəli futbolçu bu keçidin baş tutmasında şəxsən maraqlıdır. Qranit Caka yenidən London şəhərinə qayıtmaq və "Çelsi"nin baş məşqçisi Xabi Alonso bir araya gəlmək istəyir.

Keçidin tam rəsmiləşməsi üçün hazırda klublararası yekun razılığın əldə olunması gözlənilir.

Qeyd edək ki, Qranit Caka daha əvvəl Almaniyanın "Bayer Leverkuzen" klubunda Xabi Alonsonun rəhbərliyi altında çıxış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью