Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Mançester Siti" ilə müqaviləsi başa çatan təcrübəli ingilis müdafiəçi Con Stouns London təmsilçisinin diqqətini cəlb edib.
Fanat.Az "BBC Sport" nəşrinə istinadən xəbər verir ki, "Çelsi" azad agent statusu daşıyan 32 yaşlı stoperi heyətinə qatmaqda maraqlıdır.
Müdafiə xəttində təcrübəli oyunçuya ehtiyac duyan London klubu artıq futbolçunun nümayəndələri ilə ilkin təmaslara başlayıb.
Stounsa bir neçə Avropa klubunun da rəsmi təklif göndərdiyi bildirilir.