Çelsi danimarkalı üçün 50 milyon ödəməlidi

01.12.2024

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Çelsi" "Leççe"nin gənc müdafiəçisi Patrik Dorqunu transfer etmək istəyir. Sport24.az xəbər verir ki, "zadəganlar" mübarizədə favortdir. 

20 yaşlı futbolçu uğrunda mübarizədə "Kristal Pelas", "Tottenhem", "Napoli" və "Yuventus" da yer alıb. Dorqunun özünün də "Çelsi"yə keçmək istədiyi bildirilir. 

Gənc futbolçunu transfer etmək istəyən klub təxminən 50 milyon funt-sterlinq ödəməli olacaq. Danimarkalı vingerin "Leççe" ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. O, 2022-ci ildə "Norşelland"dan "Leççe"yə keçmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью