Çelsi də ciddi itkilər var

07.05.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Çelsi"də ciddi itkilər var

"Çelsi" Premyer Liqada "Liverpul"a qarşı keçiriləcək oyundan öncə ciddi itkilərlə üzləşib.

QOL.az xəbər verir ki, komandanın baş məşqçisi qapıçı Rob Sançesin zədə səbəbindən bu qarşılaşmanı buraxacağını təsdiqləyib. Hücumçular Pedro Neto və Alexandro Qarnaçonun da zədələri səbəbindən matçda iştirak etməsi demək olar ki, mümkünsüzdür. 

Bundan başqa, Estevao Villian və Ceymi Gittens də uzunmüddətli zədəli futbolçular siyahısındadır. Gənc futbolçu Cessi Derri isə "Nottinqem Forest"lə matçda aldığı ağır zədədən sonra mövsümü erkən başa vurub.

Qeyd edək ki, sözügedən qarşılaşma mayın 9-da keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью