Çelsi Delapı satdı RƏSMİ

27.08.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

"Çelsi"nin hücumçusu Liam Delap karyerasını digər Premyer Liqa klubunda davam etdirəcək.

Fanat.Az xəbər verir ki, ingilis hücumçu "Nottingem Forest"ə transfer olunub.

İnformasiyanı "meşəbəyilər"in rəsmi saytı yayıb.

Sözügedən forvardın 5 illik müqaviləyə imza atdığı, onun yeni komandasında 19 nömrəli formanı geyinəcəyi bildirilib. Daha öncə bu keçidin "Nottingem Forest"ə 52 milyon avroya başa gələcəyi açıqlanmışdı.

Qeyd edək ki, Delap ötən mövsüm "zadəganlar"ın heyətində 41 matça çıxaraq 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Toğrul

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью