Çelsi dən 100 milyonluq gənc ulduz həmləsi

01.07.2026

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərə Premyer Liqasında mövsümün transfer bombası partlamaq üzrədir.

Fanat.Az xəbər verir ki, "Çelsi" klubu "Bornmut"un 20 yaşlı fransız hücumçusu Eli Junior Kroupi üçün ilk rəsmi təmaslara başlayıb.

Parlaq bir mövsümü geridə qoyan gənc istedad London nəhənginin əsas hücum hədəfinə çevrilib.

Lakin bu transfer "Çelsi"yə olduqca baha başa gələ bilər; çünki "Bornmut" rəhbərliyi gənc ulduz üçün 100 milyon funt-sterlindən çox təzminat tələb edir. Eyni zamanda, "Arsenal" və PSJ-nin də fransız istedadı yaxından izləməsi mübarizəni daha da qızışdırır.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью