Çelsi dən Arsenal a 70 milyonluq təklif

30.09.2026

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Çelsi" qış "transfer pəncərəsi"ndə "Arsenal"ın yarımmüdafiəçisi Martin Subimendini heyətinə qatmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.

London klubu 27 yaşlı futbolçu görə 70 milyon avro təklif etməyə hazırdır. Subimendi artıq keçidə razılıq verib. "Çelsi"nin hazırda "Arsenal" rəhbərliyi ilə ortaq məxrəcə ələməyə İspaniyalı futbolçu yayda "Mançester Siti"yə keçən Entso Fernandesin əvəzedicisi kimi nəzərdən keçirilir. "Çelsi"nin baş məşqçisi Xabi Alonso Subimendini hələ "Real Sosyedad B" komandasında işlədiyi dövrdən tanıyır.

Qeyd edək ki, ispaniyalı futbolçu kifayət qədər oyun vaxtı əldə edə bilmədiyi üçün bu qış "Arsenal"ı tərk etmək istəyir. Subimendi London klubunda 2025-ci ilin iyulundan çıxış edir və onun müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə səkkiz oyuna çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью