Çelsi dən gözlənilməz müdafiəçi həmləsi

02.02.2026

Fanat saytına istinadən Icma.az xəbər verir.

İngiltərənin "Çelsi" klubu müdafiə xəttini gücləndirmək üçün "Nant"ın gənc oyunçusuna marağını artırıb.

Fanat.Az xəbər verir ki, London təmsilçisi Jeremi Jakeni "Liverpul"a uduzduqdan sonra diqqətini Taylel Tatiyə yönəldib.

"L'EQUIPE" nəşrinin yaydığı məlumata görə, klub hazırda futbolçunun transferi üçün "Nant" ilə təmasları intensivləşdirib. "Zadəganlar"ın planına əsasən, Tati transfer edildikdən dərhal sonra "Strasburq"a icarəyə veriləcək.

Lakin bu keçid asan olmayacaq, çünki gənc müdafiəçi "Nant"dakı uğurlu mövsümünü yarıda qoyub tələsik qərar vermək istəmir. Hazırda əsas çətinlik futbolçunu bu layihəyə razı salmaqdan ibarətdir. "Çelsi" rəhbərliyi isə gənc istedadı uzunmüddətli perspektiv üçün heyətə qatmaqda israrlıdır.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью