Çelsi dən gözlənilməz transfer həmləsi: Duqlas Luis gündəmdədir

23.01.2026

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İngiltərənin "Çelsi" klubu yarımmüdafiə xəttindəki rəqabəti artırmaq üçün transfer bazarında aktivləşib.

Fanat.Az xəbər verir ki, London təmsilçisi hazırda icarə əsasında "Nottingem Forest"də çıxış edən Duqlas Luisi rənglərinə bağlamaq istəyir.

Müqavilə ilə "Yuventus"a məxsus olan braziliyalı futbolçu, ötən ilin avqust ayından bəri "meşəbəyilər"in heyətində 13 qarşılaşmada meydana çıxıb. "Zadəganlar"ın baş məşqçisi Liam Roseniorun oyun sisteminə tam uyğun gəldiyi düşünülən Luizin təcrübəsinin komandaya böyük fayda verəcəyi gözlənilir.

Klub rəhbərliyi futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək imkanlarını araşdırır.

Kamil Xudiyev

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью