Çelsi dən Niderland klubuna keçdi

04.09.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

UEFA Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan İngiltərənin “Çelsi” akademiyasının yetirməsi Kiano Dayerlə müqavilə imzalayıb və onu Niderland Erediviziyasına yüksələn “Volendam”a icarəyə verib.

QOL.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2030-cu ilə qədərdir. 

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının 4-cü turunda “Çelsi” ilə Bakıda üz-üzə gələcək. Qarşılaşma noyabrın 4-də keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью