Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
İngiltərənin "Mançester Yunayted" klubu ilə müqavilə müddəti başa çatmaqda olan Harri Maquayr karyerasını digər Premyer Liqa nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, Londonun "Çelsi" klubu təcrübəli müdafiəçini yayda azad agent kimi heyətinə qatmağı planlaşdırır.
"CaughtOffside" nəşrinin yaydığı məlumata görə, müqaviləsi bu yay bitəcək 31 yaşlı futbolçu üçün "mavilər" əsas namizədlərdən biri hesab olunur.
Gənc heyətə malik olan "Çelsi" rəhbərliyi Maquayrın təcrübəsinin komandaya müsbət təsir edəcəyinə inanır. Hazırda müdafiəçinin transfer bazarına pulsuz çıxacaq olması bir çox klubun iştahasını qabartsa da, London təmsilçisinin bu yarışda bir addım öndə olduğu bildirilir.
Kamil Xudiyev