Icma.az bildirir, futbolpress-az portalına istinadən.
“Çelsi” heyətini yeni qapıçı ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, “zadəganlar” “Aston Villa”dan Emiliano Martinesi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı qolkiperlə 2 illik müqavilə imzalanıb.
2020-ci ildən “Aston Villa”da çıxış edən Martines Birmingem təmsilçisində 256 matçda meydana çıxıb, 305 qol buraxıb və 80 oyunda qapısını toxunulmaz saxlayıb.
Qolkiper Argentina millisinin heyətində dünya çempionu və ikiqat Amerika Kubokunun qalibi olub.