“Çelsi“ dünyanın ən bahalı üçüncü qapıçısını alır

04.08.2026

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İngiltərə nəhəngi "Çelsi" "Portu"nun qapıçısı Dioqo Kostanı öz rənglərinə bağlamaq üçün hərəkətə keçib.

Moderator.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, London klubu portuqaliyalı qolkiperi əldə etmək məqsədilə onun müqaviləsindəki 60 milyon avroluq sərbəst qalma bəndini yerinə yetirməyə tam hazırdır.

Hazırda 40 milyon avro bazar dəyərinə malik olan Dioqo Kosta dünyanın ən bahalı üçüncü qapıçısı statusunu daşıyır.

Xatırladaq ki, 26 yaşlı təcrübəli qolkiper indiyədək "Porto" forması ilə 247, Portuqaliya milli komandasının heyətində isə 48 rəsmi matçda çərçivəni qoruyub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью