“Çelsi“ Emiliano Martinesi transfer etdi

30.08.2026

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Argentina millisinin qapıçısı Emiliano Martines "Çelsi"yə transfer olunub.

Moderator.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı qapıçı ilə müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, Martines 2020-ci ildən "Aston Villa"nın formasını geyinirdi. O, komandanın heyətində 256 matçda meydana çıxıb, 305 qol buraxıb və 80 görüşdə qapısını toxunulmaz saxlayıb.

"Transfermarkt" Emiliano Martinesin transfer dəyərini 10 milyon avro qiymətləndirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью