Çelsi Estevaonu itirdi

17.12.2025

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Çelsi" Estevaonu itirdi

"Çelsi" itki ilə üzləşib.

QOL.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Estevao zədələnib.

18 yaşlı hücumçu İngiltərə Liqa Kubokunun 1/4 finalında "Kardiff"lə (3:1) görüşü buraxıb. Lakin bu, Estevaonun iştirak etmədiyi yeganə oyun olmayacaq. Belə ki, forvard Premyer Liqanın 17-ci turunun oyunu üçün "Nyukasl"a matça da çıxmayacaq.

Qeyd edək ki, Estevao bu mövsüm 21 oyunda (852 dəqiqə) iştirak edib, 5  qol vurub və 1 məhsuldar ötürmə verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью