“Çelsi” finalda qalib gəldi, kuboku Trampla birgə qaldırdılar Video

14.07.2025

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Londonun “Çelsi” klubu Klublararası Dünya Çempionatının qalibi olub.
Yeniavaz.com
xəbər verir ki, ABŞ-də keçirilən çempionatın finalında italiyalı Enzo Mareskanın rəhbərlik etdiyi komanda Fransa çempionu, ölkə kubokunun və Çempionlar Liqasının qalibi PSJ-ni məğlub edib.
Görüş İngiltərə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. İngilis yarımmüdafiəçi Koul Palmer dubl edib. Braziliyalı hücumçu Cao Pedro həlledivi qolu vurub.
Qeyd edək ki, görüşü tribunadan ABŞ prezidenti Donald Tramp da izləyib. O, həmçinin mükafatlandırma mərasimində də iştirak edib. ABŞ prezidenti havaya qaldırmaları üçün kuboku “Çelsi” futbolçularına təqdim edib və onlarla birlikdə ənənəvi sonluğu yaşayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью