Çelsi Fransadan müdafiəçi gətirir

20.01.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

İngiltərənin "Çelsi" klubu müdafiə xəttini yeni oyunçu ilə gücləndirmək üzrədir.

Sportal.az xəbər verir ki, Premyer Liqa klubu "Strasbur"da çıxış edən Mahamadu Sarrı keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Çelsi" 19 yaşlı mərkəz müdafiəçisi üçün Fransa klubuna 15 milyon avro təzminat ödəyəcək. Fransalı futbolçu mövsümün sonuna kimi icarə əsasında "Strasbur"da qalacaq. Gənc oyunçu yayda London klubunun düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, "Strasbur" Mahamadu Sarrı mövsümün əvvəlində "Lion"dan transfer edib. Fransa U-20 millisinin üzvü Liqa 1 təmsilçisinin heyətində keçirdiyi 14 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью