Çelsi fransalı hücumçu üçün 40 milyon avro təklif edəcək

02.04.2025

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

"Vilyarreal"ın hücumçusu Terno Barri karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Çelsi" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

London klubu Barri üçün onun klubu ilə danışıqlara başlayacaq. "Çelsi" 22 yaşlı forvard üçün İspaniya klubuna 40 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, "Vilyarreal" Terno Barrini mövsümün əvvəlində "Bazel"dən transfer edib. Fransa U-21 millisinin üzvü bu mövsüm La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью