Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Çelsi” “Atalanta”nın müdafiəçisi Marko Palestranı transfer etməyə yaxındır.
Apasport.az xəbər verir ki, London klubu 21 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalayacaq.
İtaliyalı sağ cinah müdafiəçisinin “Çelsi”də ilk mövsümdə həftəlik maaşı 100 min funt-sterlinq olacaq. London təmsilçisi növbəti mövsümün yekununda Çempionlar Liqasına vəsiqə qazanacağı halda, Palestranın həftəlik qazancı 140 min funt-sterlinqə yüksələcək.
Qeyd edək ki, Marko Palestra “Atalanta”nın yetirməsidir. O, 2025/26 mövsümünü icarə əsasında “Kalyari”də keçirib. Mətbuatda “Çelsi”nin bu transfer üçün “Atalanta”ya 50 milyon avro və bonuslar ödəyəcəyi bildirilir.
Montella səbəbi açıqladı - “Bir qol hər şeyi dəyişərdi” Kloppdan Messiyə zarafatlı təbrik - “Məni məşhur etdin” Sergen Yalçından etiraf - “Levandovskini istəmədim” Montelladan istefa açıqlaması - “Getməyəcəyəm” Haiti 52 illik həsrətə son qoydu - DÇ-da yenidən qol sevinci