“Çelsi” heç vaxt belə uğur qazanmamışdı

21.12.2024

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Çelsi” UEFA Konfrans Liqasının Liqa mərhələsinin son turunda evdə İrlandiyanın “Şemrok Rovers” klubuna 5:1 hesabı ilə qalib gəlməklə tarixinin ən yaxşı göstəricisinə imza atıb.

Fanat.Az xəbər verir ki, bu barədə "Opta Sports" məlumat yayıb.

Entso Mareskanın komandası turnirin qrupundakı bütün qarşılaşmalarda qalib gəlib. Beləliklə, “Çelsi” tarixində ilk dəfə avrokubokların qrup mərhələsinin bütün oyunlarında qələbə qazana bilib.

Maksimum nəticə (18 xal) toplayan London nəhəngi UEFA Konfrans Liqasının pley-off mərhələsinə qrup qalibi kimi yüksəlib.

“Çelsi”nin bundan əvvəlki ən yaxşı nəticəsi 2018/19 mövsümünə təsadüf edib. Komanda həmin tsikldə UEFA Avropa Liqasının qrup mərhələsində keçirdiyi 5 oyunda qalib gəlib, 1 dəfə heç-heçə edib.
Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью