Çelsi hücumçusunu Fransaya yollayır

02.02.2026

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Çelsi" klubunun futbolçusu David Datro Fofananı Fransanın "Strasburq"a icarəyə yollayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Məlumata görə, artıq tərəflər arasında razılıq əldə olunub.

Xatırladaq ki, 23 yaşlı hücumçu 2023-cü ildən Çelsiyə məxsusdur. O bu müddət ərzində "Union Berlin", "Börnli", "Göztepe", "Fatih Karagümrük" klublarında icarə əsasında çıxış edib.

Qeyd edək ki, Fofananın "Çelsi" ilə müqaviləsi 2029-cu ilin yayında başa çatır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью