futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Çelsi” klubu Dortmund “Borussiya”sında icarədə olan futbolçusu Aarons Anselminonu geri çağırıb.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 20 yaşlı müdafiəçi bu həftə “zadəganlar”ın düşərgəsinə qoşulacaq.
Anselmino mövsümün əvvəlində “Borussiya”ya keçib. O, Dortmund klubunda 10 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.