Çelsi icarədə olan futbolçusunu komandaya qaytardı

02.02.2026

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"Çelsi" klubu "Strasburq" klubunda icarədə olan müdafiəçisi Mamadu Sarrı komandaya geri qaytarıb.

Oxu.Az xəbər verir ki, bu barədə insayder Fabristiso Romano məlumat yayıb.

"Çelsi" 20 yaşlı futbolçusunu gələcək layihələri üçün böyük potensial olaraq görür. Sarrın əvəzində isə komanda yayda heyətinə qatdığı Aaron Anselminonu "Strasburq"a yollayıb.

Qeyd edək ki, Sarr bu mövsüm Liqa 1-də 18 oyunda iştirak edib. Müdafiəçi həmçinin, Seneqal millisi ilə Afrika Millətlər Kubokunun qalibi olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью