Çelsi iki yarımmüdafiəçisi ilə bağlı qərar verdi

01.09.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ"ın rəqibi olan İngiltərənin "Çelsi" klubu iki yarımmüdafiəçisi ilə bağlı qərar verib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı Aleks Matos Çempionşip təmsilçisi "Şeffild Yunayted"ə satılıb. Omari Kelliman isə İngiltərənin I Liqasında çıxış edən "Kardiff Siti"yə bir mövsümlük icarəyə verilib.

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının IV turunda "Çelsi" ilə Bakıda üz-üzə gələcək. Qarşılaşma noyabrın 4-də keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью