Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
"Çelsi" Rahim Sterlinqlə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli vingerlə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "Çelsi" Rahim Sterlinqi 2022-ci ilin yayında "Mançester Siti"dən 56 milyon avroya transfer etmişdi. İngiltərə millisinin sabiq üzvü olan 31 yaşlı futbolçu bu mövsüm "mavilər"in heyətində rəsmi oyunlarda meydana çıxmayıb.
saytlarin hazirlanmasi