“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

22.08.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

“Çelsi”nin hücumçusu Joao Pedro klubla yeni müqavilə imzalayıb.

QOL.az xəbər verir ki, London təmsilçisi 24 yaşlı futbolçu ilə sözləşməni 2034-cü ilin yayına qədər uzadıb. Bu haqda "Çelsi"nin mətbuat xidməti məlumat yayıb.

Braziliyalı forvard 2025-ci ilin yayından “Çelsi”də çıxış edir. O, bu müddətdə bütün turnirlərdə 53 oyuna çıxıb, 23 qol vurub və 9 məhsuldar ötürmə edib.

Azarkeşlər Pedronu ötən mövsüm komandanın ən yaxşı futbolçusu seçiblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью