Çelsi kapitanını satmaq istəyir

28.11.2024

Icma.az, Sportal.az portalına istinadən məlumat verir.

"Çelsi" tez-tez zədələnən Ris Ceymslə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, London klubu ingiltərəli sağ cinah müdafiəçisini satmağı planlaşdırır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Mavilər" 24 yaşlı futbolçunu 20 milyon funt-sterlinqə satmağa hazırdır. "Real"ın arxa xətt oyunçusu ilə maraqlandığı bildirilir.

Qeyd edək ki, Ris Ceyms "Çelsi"nin yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqada 5 matçda iştirak edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью