“Çelsi” Kenan Yıldız üçün 65 milyon avro təklif etməyə hazırdır

27.07.2025

Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Çelsi” klubu “Yuventus”un türkiyəli futbolçusu Kenan Yıldızın transferi üçün ciddi addım atıb.

İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi 20 yaşlı vinger üçün 65 milyon avro ödəməyə hazırdır.

Gənc sol cinah oyunçusunun Turin təmsilçisi ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, Kenan Yıldız ötən mövsüm “Yuventus”un heyətində 52 matçda meydana çıxaraq 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью