Çelsi klubu yaponiyalı qapıçı ilə maraqlanır

20.01.2025

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərə təmsilçisi "Çelsi" İtaliyanın "Parma" klubunun yaponiyalı qapıçısı Sion Suzuki ilə maraqlanır.

"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "zadəganlar" 22 yaşlı qolkiperi heyətinə qatmağı düşünür.

"Parma" tərəfi isə "əlcək sahibi" üçün 40 milyon avro qiymət müəyyənləşdirib.

Qeyd edək ki, S.Suzuki cari mövsüm İtalya komandasının heyətində 20 oyunda 31 qol buraxıb, 3 qarşılaşmada isə qapısının toxunulmazlığını qoruyub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью