Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
"Çelsi"nin sabiq oyunçusu Sesk Fabreqasın baş məşqçisi olduğu İtaliyanın "Komo" klubu hələ də "Çelsi"nin mərkəz müdafiəçisi Trevo Çalobanı transfer etməyə çalışır. Sport24.az xəbər verir ki, bu barədə "TalkSport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, ingilislər italyanların 27 yaşlı ingilis futbolçu üçün üçüncü təklifini rədd edib. London klubu müdafiəçiyə görə qarşı tərfədən 30 milyon funt sterlinq birdəflik ödəniş və 5 milyon funt sterlinq isə bonus tələb edir.
Qeyd edək ki, Çaloba keçən mövsüm "Çelsi"nin heyətində bütün turnirlərdə 47 oyunda üç qol vurub.