“Çelsi” “Komo”nun müdafiəçisi ilə maraqlanır

24.06.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“The Athletic”in məlumatına görə, “Çelsi” İtaliyanın “Komo” klubundan 21 yaşlı mərkəz müdafiəçisi Yakobo Ramonla maraqlanır.

İdman.Biz bildirir ki, gənc oyunçu, İngiltərə klubunun rəhbərliyinin yay transfer pəncərəsində müdafiə xəttini gücləndirmək üçün nəzərdən keçirdiyi namizədlərin siyahısındadır.

Ramondan başqa, “Kristal Palas”ın müdafiəçisi Maksens Lakrua da “göylər”in əsas hədəfləri arasındadır, lakin londonlular üç-dörd başqa alternativ də araşdırırlar.

Ötən mövsüm Yakobo Ramon “Çelsi”nin keçmiş yarımmüdafiəçisi Sesk Fabreqasın rəhbərliyi altında “Komo”da bütün yarışlarda 37 oyuna çıxıb. Müdafiəçinin çıxışı İtaliya komandasına A Seriyasında dördüncü yeri tutmağa və klub tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanmağa kömək edib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью