Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İspaniyalı müdafiəçi Mark Kukurelya London "Çelsi"si ilə yeni müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, ulduz futbolçu bu barədə tanınmış insayder Fabritsio Romanoya danışıb:
"Bəli, yeni müqavilə imzalanıb. Çox şadam ki, klub mənə hələ də inanır. Burada olmaqdan çox xoşbəxtəm. Ümid edirəm ki, qarşıda bizi gözəl mövsüm gözləyir".
Qeyd edək ki, Kukurelya 2022-ci ildə 65,3 milyon avroya "Brayton"dan "Çelsi"yə keçib. İspan futbolçu London klubunda indiyə qədər 115 oyun keçirib, 8 qol vurub və 10 məhsuldar ötürmə edib.