Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İspaniyalı müdafiəçi Pep Çavariyanın İngiltərənin “Çelsi” klubuna keçidi rəsmiləşib.
Hurriyyet.Media London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə 2031-ci ilə qədər müqavilə imzalanıb.
İspaniyanın “Rayo Valyekano” klubundan transfer edilən cinah müdafiəçisi artıq komandanın Kobhemdəki təlim-məşq bazasında 2026/2027 mövsümünün hazırlıqlarına qoşulub.
Xüsusilə qeyd olunur ki, Çavariya bundan öncə “Real Madrid”ə transfer olunan Mark Kukurelyanı əvəzləmək üçün heyətə cəlb edilib.
Məlumat üçün bildirək ki, başa çatan 2025/2026 mövsümündə Çavariya İspaniya çempionatında 33 matçda meydana çıxaraq 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin Konfrans Liqasında keçirdiyi 8 qarşılaşmada 1 məhsuldar ötürmə müəllifi olub.