“Çelsi” Liqa Kubokunda yarımfinala yüksəldi 11 ci dəfə

17.12.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsində “Çelsi” evdə “Kardiff Siti”ni 3:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

London təmsilçisinin qələbəsində Alexandro Qarnaçonun vurduğu iki qol və Pedro Netonun dəqiq zərbəsi həlledici olub. Qonaqlar bir qolla fərqlənsələr də, görüşün taleyini dəyişə bilməyiblər.

Apasport.az "Squawka"ya istinadla xəbər verir ki, "Çelsi” son on mövsümdə 11-ci dəfə ölkə kubokunun yarımfinalında çıxış edəcək. Maraqlıdır ki, “mavilər” bu müddət ərzində yalnız bir dəfə final mərhələsini uğurla başa vuraraq kuboku qazana biliblər.

Cari mövsümdə Liqa Kubokunun digər yarımfinalçıları “Nyukasl” – “Fulhem”, “Mançester Siti” – “Brentford” və “Arsenal” – “Kristal Palas” qarşılaşmalarından sonra müəyyənləşəcək.

Qeyd edək ki, turnirin hazırkı qalibi “Nyukasl”dır.

"Ferents Puşkaş" mükafatının qalibi bəlli olub - VİDEO Əvəzedicilər Liqası: XIV tura yekun vurulub Luiz Enrike ən yaxşı baş məşqçi seçilib - FİFA TƏRƏFİNDƏN FİFA ilin futbolçusunun adını açıqlayıb - PSJ-nin ulduzu zirvədə Yaponiyalı müdafiəçi “Ayaks”da - RƏSMİ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью