Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 23-cü turu çərçivəsində paytaxt derbisi baş tutub.
QOL.az xəbər verir ki, "Çelsi" səfərdə "Kristal Pelas"ı 3:1 hesabı ilə məğlub edib.
Matçın 34-cü dəqiqəsində Estevao ilk qolu rəqib qapısından keçirərək qonaqları önə çıxarıb. İkinci hissənin əvvəlində, 50-ci dəqiqədə Joao Pedro "Çelsi"nin üstünlüyünü iki topa çatdırıb. 64-cü dəqiqədə isə Enzo Fernandez penalti zərbəsini dəqiq yerinə yetirərək fərqi daha da artırıb.
Meydan sahiblərinin işi 73-cü dəqiqədə daha da çətinləşib. Adam Uorton ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Azlıqda qalan "Kristal Pelas" yalnız 89-cu dəqiqədə Kris Riçardsın qolu ilə təsəlli tapıb.
Qeyd edək ki, bu nəticədən sonra xallarını 37-yə çatdıran "Çelsi" turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. 28 xalı olan "Kristal Pelas" isə 15-ci yerdədir.