Çelsi Mançester Yunayted in 15 yaşlı gəncini qaçırır

14.08.2026

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İngiltərə futbolunun istedadlarından biri hesab edilən "Mançester Yunayted"in 15 yaşlı hücumçusu Cey-Cey Qabriel üçün  transfer yarışı başlayıb.

Fanat.Az "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, "Çelsi" gənc ulduzu heyətinə qatmaq üçün ciddi şəkildə hərəkətə keçib.

"Mançester Yunayted" gəncin komandada qalması üçün şəxsi şərtlər üzrə ön-müqavilə razılaşması hazırlamağa çalışsa da, 15 yaşlı hücumçuya artıq "Barselona", "Real Madrid", "Bavariya" və "Borussiya Dortmund" kimi Avropa nəhəngləri də ciddi maraq göstərir.

Danışıqların yaxın günlərdə yekunlaşacağı gözlənilir.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью