Çelsi Mateo Kovaçiçi Mançester Siti dən geri qaytarmağı planlaşdırır

28.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

İngiltərənin "Çelsi" klubu "Mançester Siti"nin futbolçusu Mateo Kovaçiçi yenidən öz sıralarına cəlb etmək variantını araşdırır.

Bakıvaxtı.az xarici media mənbələrinə əsasən məlumat verir ki, London klubunun rəhbərliyi komandanın yarımmüdafiə xəttindəki mövcud durumdan ciddi narahatlıq keçirir.

Bir sıra futbolçunun "zadəganlar"ın sıralarını tərk etməsi, başqalarının isə zədə ilə üzləşməsi bu mövqedə çatışmazlığa səbəb olub.

Nəzərdə tutulan namizədlər arasında Mateo Kovaçiç də var. Onun "Mançester Siti" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatır.

Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi 2023-cü ildə "Çelsi"dən "Mançester Siti" klubuna transfer olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью