Çelsi Milanın futbolçusunu sıralarına cəlb edə bilər

03.06.2025

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərənin "Çelsi" klubu İtaliya A Seriyası təmsilçisi "Milan"ın qapıçısı Mayk Menyanı sıralarına cəlb edə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

"Zadəganlar" bununla bağlı qarşı tərəfə təklif göndərib və danışıqlar davam edir.

"Milan"la müqavilə müddəti başa çatan 29 yaşlı qolkiperin hansı qərarı qəbul edəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Mayk Menyan 2021-ci ildən bu klubun şərəfini qoruyur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью