“Çelsi” “Milan”ın qapıçısı ilə danışıqlara başlayır İdmanXəbər

26.11.2025

Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Çelsi” “Milan”ın qapıçısı Mayk Menyanın nümayəndələri ilə yenidən əlaqə saxlayıb.

İdmanxeber.az-ın məlumatına görə, London klubu 30 yaşlı qolkiperi yayda azad agent kimi transfer etməyə çalışır. Menyanın “Milan”la müqaviləsi mövsüm sonunda bitir və o, İtaliyada qalmaq istəmir.

Bu mövsüm fransalı qapıçı 13 oyunda 9 qol buraxıb, 7 dəfə isə qapısını toxunulmaz saxlayıb. Onun bazar dəyəri 25 milyon avrodur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью