Çelsi ni məğlub etmək üçün hər şey edəcəyik Usman Dembele

13.07.2025

Icma.az, Fanat saytına istinadən bildirir.

PSJ-nin hücumçusu Usman Dembele London "Çelsi"si ilə keçiriləcək klublararası dünya çempionatının final oyunu haqda danışıb.

Fanat.Az xəbər verir ki, "Lequipe" fransalı ulduzun dediklərini belə çatdırıb: 

"Biz bu mövsüm uğrunda mübarizə apardığımız bütün kubokları qazanmağı planlaşdırmışıq. Komanda öz məqsədinə çatmağa yaxındır. "Çelsi"ni məğlub etmək və daha bir kuboku qazanmaq üçün hər şeyimizi verəcəyik. 
Bizi ABŞ-də çox yaxşı qarşıladılar. Həm meydanda, həm də meydandan kənarda əla vaxt keçirdik. Bu turnirin bir hissəsi olmaqdan qürur duyuruq". 

Qeyd edək ki, parislilər buna qədər ölkə çempionluğunu, Fransa kubokunu və Superkubokunu, eləcə də Çempionlar Liqasını qazanıblar.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью