“Çelsi” Nikolas Ceksonun yerinə hücumçu axtarır

31.08.2025

Icma.az bildirir, Sherg.az portalına istinadən.

İngiltərə təmsilçisi “Çelsi” Nikolas Ceksonun yerinə yeni hücumçu ala bilər.

Teleqraf “The Atletik” nəşrinə istinadən xəbər ki, bu, 24 yaşlı hücumçunun klubu daimi olaraq tərk etməsi ehtimalına hazırlıq məqsədilədir.

İcarəyə götürmək üçün etibarlı hücumçu variantlarının olmaması səbəbindən “Çelsi” hücumçunu daimi transferlə almaq niyyətindədir. Klub artıq bir neçə futbolçuya xəbər göndərib. Portuqaliyanın “Sportinq” klubunun və Danimarka millisinin hücumçusu Konrad Harderin adı da siyahıda vat.

Əvvəlcə Cekson Münhenin “Bavariya” klubuna icarə əsasında keçmək üzrə idi, lakin “Çelsi” hücumçusu Liam Delap diz əzələsi zədəsi aldığından onu geri çağırıb.

Qeyd edək ki, transfrr pəncərəsi sentyabrın 1-də başa çatır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью