Çelsi nin 41 milyon avroluq təklifini qəbul etmədilər

30.07.2025

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Ayaks"ın müdafiəçisi Yorrel Hato karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Çelsi" niderlandlı futbolçunu transfer etmək istəyir. Bu barədə "Telegraph" nəşri məlumat yayıb.

London klubu Hato üçün "Ayaks"a 41 milyon avro təklif edib. "Çelsi"nin bu təklifi qəbul edilməyib. Niderland klubu 19 yaşlı sol cinah müdafiəçisi üçün 45 milyon avro və bonuslar tələb edir.

Qeyd edək ki, Yorrel Hato "Ayaks"ın yetirməsidir. Niderland U-21 millisinin üzvü ötən mövsüm Amsterdam təmsilçisinin heyətində meydana çıxdığı 50 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью