Çelsi nin baş məşqçisi Sançodan narazıdır Problemini dedi

03.04.2025

Icma.az, Fanat saytına istinadən bildirir.

"Çelsi"nin baş məşqçisi Entso Mareska komandanın vingeri Ceydon Sançonun çıxışı ilə bağlı fikirlərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, italiyalı məşqçi futbolçunun problemini üstüörtülü şəkildə açıqlayıb. 

Tanınmış insayder Fabritsio Romano Mareskanın dediklərini belə çatdırıb:

"Ümid edirəm və bunu istəyirəm ki, Sanço rəqib qapısına daha çox zərbə endirsin. Bu, onun və bütün komanda üçün vacib detaldır". 
25 yaşlı Ceydon Sanço bu mövsüm bütün turnirlərdə 29 oyuna çıxıb, 2 qol vurub və 7 məhsuldar ötürmə edib. Xatırladaq ki, Sanço “Çelsi”də icarə əsasında çıxış edir. Futbolçunun transfer hüquqları “Mançester Yunayted”ə məxsusdur.  
“Çelsi” bu gün - aprelin 3-də “Tottenhem”i qəbul edəcək. 

Mirağa 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью